ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı çıxışına rəsmi Kremldən cavab gəlib.
Putinin mətbuat katibi Dmitri Peskov məsələyə sərt şəkildə münasibət bildirib:
“Bombaları səbəbindən dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”.
Xatırladaq ki, Bayden Rusiya prezidentini “hərbi cinayətkar” adlandırıb.
Mənbə: RİA Novosti