Mühasirədə olan Mariupolda yeganə xəstəxanadan ürək dağlayan görüntülər - VİDEO


Ukraynanın mühasirədə olan Mariupol şəhərində salamat qalan yeganə xəstəxana şəhərin bombalanması zamanı yaralanan insanlarla dolub-daşır.
“Associated Press”in müxbiri bununla bağlı hazırda təcili yardım, doğum evi və meyitxana kimi fəaliyyət göstərən tibb müəssisəsindən ürəkdağlayan reportaj hazırlayıb.
Şəhər meyitxanası artıq dolduğu üçün bombardmanlar nəticəsində həlak olan Mariupol sakinlərinin cəsədləri xəstəxananın zirzəmisində qalaqlanır.
Doktor Valeriy Drenqarın sözlərinə görə, bütün xəstəxanalar dağıdılıb, bu səbəbdən onların heç biri yaralıları qəbul edə bilmir.
Balaca uşaqlar və yeni doğulmuş körpələr də burada yerləşdirilib. Onların bəziləri hətta küvəzlərdə saxlanılır.