Rusiya kəşfiyyatından Ukrayna Kəşfiyyat İdarəsinə sızma: 620 nəfərin şəxsi məlumatı...

Ukrayna Kəşfiyyat İdarəsi Rusiya Təhlükəsizlik Xidmətində (FSB) işləyən 620 nəfərin şəxsi məlumatlarını paylaşıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, 620 nəfərin əlaqə məlumatı ilə yanaşı, pasport nömrələri, avtomobil nömrələri və bank məlumatları kimi ətraflı məlumatlar da daxil edilib.
Ukrayna rəsmiləri məlumatın necə əldə edildiyini izah etməyiblər,  lakin Rusiya kəşfiyyat bölmələrindəki sızmalardan istifadə edildiyi təxmin edilir.
"Reuters" isə hələlik sənədlərin təsdiqlənmədiyini, Rusiya administrasiyasının isə hələlik açıqlama vermədiyini bildirib.