Paşinyana da aydındır: İrəvandakı radikalların hərəkətə keçməsinin təşkilində Moskvanın əli var

"İrəvan qarışarkən baş nazir Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanı Vaşinqtona göndərib". 

Bunu "Sherg.az" açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyana da aydındır ki, İrəvandakı radikalların hərəkətə keçməsinin təşkilində Moskvanın əli var: 

"İrəvanda qışqırıb bağıranlar Rusiyanın əlaltılarıdır. Vaşinqton Moskvanın Paşinyanı  devirmək planına mane olmaq istəyir. Ancaq bunun üçün Paşinyan Amerika Birləşmiş Ştatlarına yaxınlıq nümayiş etdirməlidir. Bu isə Kremli Paşinyana qarşı daha çox aqressivləşdirəcək. Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə və digər amerikalı rəsmilərlə görüşlərdə Azərbaycandan şikayət edib, “əsirlər”dən danışıb. Bu mətbuat üçün yayımlanan məlumatdır. İnanmıram ki, bu mövzu Vaşinqtonu narahat edir. ABŞ rəsmiləri bağlı qapılar arxasında söhbətdə böyük ehtimall Mirzoyana Rusiya ilə bağlı suallar ünvünlayıblar: “Moskva Sizdən nə istəyir?”, “Kreml Sizi nə ilə hədələyir?” və s. Mirzoyan 4 gün Vaşinqtona olacaq və bu sualları müxtəlif görüşlərdə eşidəcək. Böyük ehtimalla Ararat Mirzoyan okeanın o tayından geri döndükdən sonra yenidən Moskvaya sorğuya çağrılacaq".