Ətrafı üfunət qoxusu bürüyüb


Morqda yaşananlar ölkəni ayağa qaldırdı

ABŞ-ın Los-Anceles şəhərindəki cənazə evində son zamanların ən dəhşətli olayı yaşanıb. Cənazə sahiblərinin şikayəti ilə morqa gedən məmurlar gördükləri mənzərədən dəhşətə gəlib. Cənazə evində bir neçə il əvvəl vəfat etmiş şəxslərin hələ də basdırılmaması səbəbindən ətrafı üfunət qoxusu bürüyüb, milçəklər cəsədlərin üzərində dolaşır. Cənazə evi “Mark B.Allen və Krematorium Xidmətləri” təklif edən quruma aiddir.

Qurumun rəhbəri Cənazə evinə öz adını verib: 

“Mark B Allen”. Fəaliyyətə başlayanda Los-Anceles əhalisi xidmətlərdən razı qalıb. Ailə üzvləri, doğmaları vəfat etmiş şəxsi bu Cənazə evinə etibar edir, burada cənazələr dini qaydada tabuta qoyulur və basdırılırdı. Lakin son bir neçə ildə şikayətlər gəlməyə başlayıb. Vətəndaşlar cənazələrin düzgün mühafizə edilmədiyini, hətta basdırılmadığından şikayət ediblər. 

Cənazə evinə gələn polis məmurları da 11 cənazənin basdırılmadığını, çürümüş vəziyyətdə  olduğunu və üfunət içində saxlandığını görüb. Basdırılmamış cənazələr arasında körpələrə aid olanlar da var. Şəhər prokuroru Mike Feuer cənazə evində baş verənləri dəhşət adlandırıb: “Körpələr də daxil, 11 nəfərin cəsədi var və basdırılmaq əvəzinə, burada çürüyür. İnsanların ölümü, zatən fəciədir, bir də basdırılmamaları, üfunət içində saxlanmaları daha böyük bir faciədir”. 

Daha 22 cinayət əməlində şübhəli bilinən Cənazə evinin sahibi Mark. B.Allenin 11 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.