ABŞ-da ilk dəfə afroamerikalı qadın FED-də vəzifəyə təsdiqlənib

ABŞ-da ilk dəfə afroamerikalı qadın Federal Ehtiyat Sistemində (FED) vəzifəyə təsdiqlənib.
Məlumata görə, ABŞ Senatı iqtisadçı Liza Kukun Federal Ehtiyat Sisteminin İdarə Heyətində fəaliyyətini təsdiqləyib. O, FED-in 108 illik tarixində buna nail olan ilk afroamerikalı qadın olub.
Liza Kukun təsdiqi 51 nəfərin 50 səsə qarşı cüzi səs çoxluğu ilə reallaşıb, həlledici səsi isə vitse-prezident Kamala Harris verib.
Hazırda FED-in rəhbəri vəzifəsini Cerom Pauell icra edir. Onun səlahiyyət müddəti fevralda başa çatıb və mart ayında Senatın Bank Komitəsi tərəfindən yekdilliklə səsvermə ilə növbəti dəfə bu vəzifəyə təsdiqlənib. 
Mənbə: ABCnews