Gürcüstanın XİN başçısı: "Regionda sabitliyin yaradılması üzrə birgə səylərimiz öz nəticəsini verəcək"

"Tbilisinin Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş yeri olmasından qürur duyuram".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili tvitter hesabında yazıb.
"Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək", - o qeyd edib.