Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 49 800 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 068 tank, 4 459 zirehli döyüş maşını, 1157 artilleriya sistemi, 294 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 206 helikopter, 867 PUA, 205 qanadlı raket, 15 gəmi, 3 286 avtomobil texnikası və avtosistern, 107 xüsusi texnikadan ibarətdir.