Rusiyanın nüvə silahını tətbiq etməsi realdırmı? – Şərh: “Sonu uğurlu görünmür”

NATO Baş katibi Yens Stoltenberq mediaya açıqlamasında Rusiyaya tətbiq olunacaq sanksiyalardan anışıb. O qeyd edib ki, indi NATO ölkələrinin Rusiyaya təzyiqi artırmaq və yeni sanksiyalar tətbiq etmək niyyətindədir:
 “Biz Rusiya nüvə qüvvələrinin hazırlıq vəziyyətində hələ ki heç bir dəyişiklik müşahidə etməmişik. Amma durumu diqqətlə izləyirik. NATO ölkələri özlərinə və Kiyevə silah tədarükünü artırmaq üçün hərbi-sənaye müəssisələrlə fəal danışıqlar aparır”.

Stoltenberqin açıqlamasını şərh edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a bildirib ki, bu bəyanat Rusiya dövlət başçısı Vladimir Putinin nüvə təhdidi ilə bağlı son çıxışına cavabdır:

 "Rusiya-Ukrayna müharibəsi başlayanda dünya ölkələri rəsmi Moskvanın nüvə silahından istifadə etməsindən təşviş keçirirdilər. İndi isə həmin ölkələr Rusiyanın bu addımı atmayacağından daha arxayındırlar. 

Hətta Rusiyanın öz ekspertləri də Putinin nüvə təhdidi ilə bağlı sonuncu çıxışını çox qeyri-ciddi bəyanat kimi dəyərindirirlər. Bu sahənin mütəxəssisləri elə hesab edirlər ki, Rusiya heç vaxt nüvə silahını tətbiq edə bilməyəcək. 

Çünki ,o, bilir ki, NATO-nun onun qarşını almaq üçün kifayət qədər potensialı var. Bu baxımdan elə hesab edirəm ki, Putin bununla Ukraynanı qorxutmaq niyyətinə nail ola bilmədi. Əksinə Rusiyanın özündə çaxnaşma yarandı. Ümumiyyətlə, hazırkı Putin siyasətinin sonu uğurlu görünmür. Bu siyasət Putinin özü üçün yox, yalnız Rusiya xalqı üçün müsbət nəticələcək" .  

Qeyd edək ki, elə bu dəqiqələrdə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev bildirib ki, Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından istifadə edə bilər.