Kreml: ABŞ Rusiyanın “qırmızı xətləri”ni görməyə borcludur


Rusiya prezidenti Vladimir Putinin “Valday”da çıxışından sonra Vaşinqton Rusiyanın həyata baxışını və baş verənlərə münasibətini başa düşə bilir və indi onlar “qırmızı xətləri” görməyə borcludurlar.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya” telekanalında yayımlanan “Moskva. Kreml.Putin” proqramına müsahibəsində bildirib.

"Vaşinqtonda "Vau, Putin necə nəhəngdir” deyə bilməzdilər. Amma oturub düşünüb, oxuyub, yenidən oxuyub təhlil edəcəkləri faktı 100 faizdir. Ən azından bizim fikrimizi başa düşürlər. Rusların həyata baxışı, baş verənlərə münasibətimiz bu şəkildədir və onlar indi görməlidirlər, heç olmasa o “qırmızı xətlər”in haradan keçdiyini və niyə yarandığını görməlidirlər ", deyə Kremlin sözçüsü vurğulayıb.