BMT baş katibi Ərdoğana təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş taxıl müqaviləsi ilə bağlı Prezident Ərdoğan və Türkiyəyə təşəkkür edərək, “İstanbul ehtiyatlı diplomatiyanın mühüm mərkəzidir”, - deyə bəyan edib.

O, COP27 Sammiti üçün səfərdə olduğu Misirdən taxıl sazişi ilə bağlı açıqlama verib.

“Bu məqamda İstanbulun dramatik problemlərin həlli üçün ehtiyatlı diplomatiyanın mühüm mərkəzinə çevrildiyini bir daha təsdiqləmək istərdim və çox səmərəli səylərinə görə Prezident Ərdoğana və Türkiyə hökumətinə dərin təşəkkürümü bildirmək istərdim”, - deyə Quterreş bildirib.

Mənbə: Haber Global