Saakaşvili zəhərlənmə testindən bir şərtlə keçəcək


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili mümkün zəhərlənməsi ilə bağlı məlumatı yoxlamaq üçün gürcü ekspertləri tərəfindən toksikoloji tədqiqatdan keçməyə hazırdır.
Sherg.az  axar.az-a istinadən bildirir ki, bu barədə eks-prezidentin vəkili İliya Lomiya danışıb.

Lomiya eks-prezidentin gürcü ekspertlər tərəfindən yoxlanılmasına bir şərtlə razılıq verəcəyini bildirib:

"Yalnız nümunələr xaricə göndərilərsə və prosesə öz eksperti cəlb olunarsa, ekspertizaya razılıq verəcək".