BMT-nin baş katibi Ukraynadakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır


“BMT-nin baş katibi Antonio Quterreş hər iki tərəf istəsə, Ukraynadakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır”.

“Report” xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Yeni il öncəsi bu haqda xəbər çıxanda baş katiblə bu haqda danışdıq. Baş katib açıq şəkildə bildirdi ki, hər iki tərəf istəsə, o, həmişə vasitəçilik etməyə hazırdır. Bunu müəyyən mənada o, dünyada baş verən istənilən münaqişə haqqında deyə bilərdi. Əminəm ki, o, Nyu-Yorka qayıdanda bu məsələ ilə bağlı ətraflı hesabat alacaq”, - deyə o qeyd edib.