Mahmud Abbas Moskvada: Putinlə danışıqlar aparacaq

Fələstin Prezidenti Mahmud Abbas Moskvaya səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Mahmud Abbas avqustun 13-də Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.

Görüşdə Fələstin-İsrail münaqişəsinin hazırda kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.