İsrail: "HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi..."

"HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı bəyanatları girovların tezliklə qaytarılmasına və Qəzza zolağında atəşkəs cəhdlərinə kimin mane olduğunu bütün dünyaya nümayiş etdirir".

Oxu.Az xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında İsrailin Baş naziri Benyamin Netanyahu ofisinin müşaviri Dmitri Gendelman deyib.

D.Gendelman qeyd edib ki, İsrail danışıqların növbəti raundunda iştirakını artıq təsdiqləyib, lakin məsləhətləşmələrin aparılacağı məkan hələ bəlli deyil.

Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıblar.