“Temu”nun qurucusu Çinin ən varlı adamı oldu

“Pinduoduo” və onun törəmə şirkəti “Temu”nun yaradıcısı Kolin Huan Çinin ən varlı adamı olub.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Nəşrin məlumatına görə, Kolin dünyanın ən varlı adamları siyahısında 25-ci yeri tutub. Onun sərvəti 48,6 milyard dollar qiymətləndirilir.