Geomaqnit qasırğası nədir və hansı zərərləri var? -Professordan AÇIQLAMA

Hazırda geomaqnit qasırğası davam edir.                                                                                         
Bu barədə  Nəsirəddin Tusi adın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, geomaqnit sahəsinin 14 avqustda sakit səviyyəyə dönəcəyi gözlənilir. Sonrakı günlərdə geomaqnit qasırğası proqnozlaşdırılmır.
Son zamanlar mütəmadi olaraq bu kimi geomaqnit qasırğasının baş verməsi barədə informasiyalar yayılır. Görəsən, tez-tez eşitdiyimiz geomaqnit qasırğası nədir və niyə baş verir? Onun hansı zərərləri var?

Suallarımızı cavablandıran professor Adil Qeybulla “Sherg.az”a söyləyib ki, kosmosda mövcud olan bütün səma cismləri maqnit sahəsi ilə bir-birinə bağlıdır: 

''Onların müəyyən məsafədə durması qravitasiya elektromaqnit sahələri ilə əlaqədardır. Yer kürəsində də hər bir canlı və cansız aləmin elektromaqnit sahəsi var. Canlı aləmin isə asaptasiya edilən elektromaqnit sahəsi mövcuddur. Geomaqnit qasırğası isə həddindən artıq elektromaqnit dalğalarının yaranması deməkdir. Bu Günəşdə baş verən nüvə partlayışlarından qaynaqlanır. Normal halda Günəşdə yaranan nüvə partlayışları planetlərin ətrafında olan istilik və işıqla təmin olunur. Amma bəzən partlayışlar güclü olduqda Yer kürəsində də hiss olunur. Doğrudur, radiasiya Yer kürəsini qoruyur. Ancaq elektromaqnit dalğaları Yer kürəsinə çatdıqda meteohəssas insanların sağlamlığında problemlər yarada bilər. Məsələn, təzyiqin qalxması, baş ağrısı, başgicəllənmə, ürəkbulanma ,ürək və oynaqlarda ağrı, yorğunluq bronxospazm və s. Ona görə də həmin insanların proqnozlaşdırılan günlərdə evi tərk etməmələri məsləhətdirr. Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir. Əslində, bu prosses yeni deyil və mütəmadi olaraq davam etməkdədir''.