Sərinlədici təsiri ilə yay aylarında tez-tez seçilən qarpız süfrələrimizin əvəzolunmaz hissəsidir. Xüsusilə qarpız və pendiri birlikdə yemək ləzzətli variant kimi önə çıxır.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, bu iki qidanın birlikdə istifadəsi bəzi insanlarda həzm problemlərinə səbəb ola bilər.
Qarpız yüksək sulu yüngül meyvə kimi tanınsa da, pendir zülal və yağ baxımından zəngin bir qidadır.
Bu iki qidanın birləşməsi, xüsusilə mədə narahatlığı və ya həssas həzm sistemi olan şəxslərdə həzm problemlərini artıra bilər.