Putinə məruzə edildi: Ukraynanın işğal etdiyi kəndlərin sayı…

Kursk vilayətində vəziyyət ağırdır.

Axar.az xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru vəzifələrini icra edən Aleksey Smirnov Vladimir Putinə məruzəsində deyib.

“Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücum nəticəsində Suca da daxil olmaqla 20-dən çox yaşayış məntəqəsini ələ keçirmişdi.