İranda daha iki etirazçı gənc edam edilib - FOTO

İranda etirazlar zamanı həbs olunan iki gənc Kərəc şəhərində edam olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, etirazlar zamanı “Bəsic” qüvvələrinin üzvü Seyid Ruhullah Əcəmyanın ölümündə günahkar bilinən 20 yaşlı Məhəmməd Hüseyni və 22 yaşlı Məhəmməd Mehdi Kərəmi bu gün səhər Kərəcdə dar ağacından asılıblar.

Telegram Widget
🇮🇷TƏCİLİ: İranda daha iki etirazçı gənc edam edildi😢😡

İranda etirazlar zamanı həbs olunan iki nəfər Kərəc şəhərində edam olunub.

“Fəraru” saytının verdiyi xəbərə görə, etirazlar zamanı yarımhərbi "Bəsic" qüvvələrinin üzvü Seyid Ruhullah Əcəmyanın ölümündə günahkar bilinən Məhəmməd Hüseyni və Məhəmməd Mehdi Kərəmi bu gün səhər Kərəcdə dar ağacından asılıblar.

محمدمهدی کرمی و سیدمحمد حسینی، از دستگیرشدگان اعتراضات اخیر اعدام شدند

#İran #etirazçılar #edam