Parlament sədri: "Salome Zurabişvilinin Saakaşvilini əfv edəcəyini gözləmirəm"

"Gürcüstan prezidenti Salome Zurabişvilinin üçüncü prezident Mixeil Saakaşvilini əfv edəcəyini gözləmirəm".

24News.ge xəbər verir ki, bu sözləri ölkə parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin suallarını cavablayarkən deyib.

Parlament sədrinin sözlərinə görə, o, Zurabişvilinin bu məsələdə mövqeyini bilir və mövqeyini dəyişmək üçün heç bir əsas görmür:

“Mənim Saakaşvilinin Zurabişvili tərəfindən əfv edilməsinə heç bir gözləntim yoxdur, çünki onun dəfələrlə səsləndirdiyi mövqeyini bilirəm və bu mövqeyin dəyişməsi üçün heç bir səbəb görmürəm. İndi Mixeil Saakaşvilini həbsdən azad etməyə çalışan hər kəs bu işdə ədalətin qarşısını almağa çalışır. Saakaşvilinin diaqnozuna gəlincə, buna nə mən, nə prezident, nə də kimsə qərar verə bilməz. Bu, həkimlərin və məhkəmənin bu məsələni müzakirə etmək səlahiyyətidir və siz bilirsiniz ki, məhkəmə bunu müzakirə edəcək və müvafiq qərar məhkəmə tərəfindən olacaq”, - deyə Ş. Papuaşvili bildirib.