Türkiyə Ukraynada atəşkəsin uzadılmasına ümid edir


Türkiyə Rusiyanın Ukraynada bütün təmas xətti boyunca elan etdiyi atəşkəsin uzadılacağına ümid edir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “A Haber” telekanalında deyib.

“Bizim fikrimizcə, atəşkəs 36 saat deyil, daha çox davam etməlidir”, - deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, indiyədək münaqişə tərəfləri bu məsələ ilə bağlı vahid qərara gələ bilməyiblər ki, bu da onların düşdüyü çıxılmaz vəziyyətdən xəbər verir.