Türkiyənin İYİ Partiya sədri Meral Akşener partiyasının Muğladakı toplantısına qatılıb. Prezidentliyə iddiasını təkrarlayan Akşener diqqətçəkən mesajlar verib. İYİ Partiyasının lideri də İBB sədri Əkrəm İmamoğluna qarşı aparılan araşdırmalara təpkisini verib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Akşener seçkilərdən də danışıb və qalib gələcəklərini bəyan edib:
“Biz 1-ci partiya olaraq çıxacağıq, mən baş nazir olacağam, onunla-bununla bazarlıq edərək deyil, iradəmizlə, zəhmətimizlə və millətimizi inandırmaqla”.
Turan