Bazar ertəsi başınıza "peyk" düşə bilər!


1980-ci illərdən qalma "nostalji" NASA peyki Yerə qayıdacaq, lakin çox da möhtəşəm olmayacaq.

NASA-nın 2500 kiloluq "ölü" peyki 40 il ərzində Yer ətrafında dövr etdikdən sonra yenidən atmosferə daxil olacaq. NASA-nın məlumatına görə, bu giriş zamanı kosmik gəminin çoxu yanaraq külə dönəcək, lakin onun bir hissəsi Yerə, qismət olsa, okeana düşə bilər.
 Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ordusu 9 yanvar 2023-cü il, bazar ertəsi saat 02:40-da düşəcəyini, lakin 17 saatlıq bir gecikmə ola biləcəyini söyləyib. ABŞ-dan dövlət tərəfindən maliyyələşdirilən "Aerospace Corporation" təşkilatı isə peykin 10 yanvar çərşənbə axşamı günü saat 06:49-da düşə biləcəyini ilə hesabladıqlarını deyir.

NASA rəsmiləri cümə günü verdiyi açıqlamada, "Bu damlanın Yer kürəsində hər kəsə zərər vermə ehtimalı çox aşağıdır. Təxminən 9400-də bir hesablanır" deyib.