Almaniyada polis İran terrorçusunu ələ keçirdi - FOTO

Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları 32 yaşlı İran vətəndaşını saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bild nəşri yayıb.

Mənbə yazır ki, o, yüksək dərəcədə zəhərli sianiddən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinir.

Cinayətin hazırlanması barədə məlumat alman təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.