SON DƏQİQƏ XƏBƏR: Rusiyadan qisas əməliyyatı: 600 Ukrayna əsgəri ölüb


Rusiya Müdafiə Nazirliyi keçən həftə Ukraynanın Rusiya kazarmalarına hücumunun qisasını aldıqlarını açıqlayıb. Nazirlik  Ukraynada hərbi kazarmalara zərbə endirdiklərini və 600 Ukrayna əsgərinin öldürüldüyünü iddia edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Rusiya hücumun Ukraynanın son hücumuna görə qisas olduğunu açıqlayıb.

Ukrayna ordusu ABŞ-ın hədiyyə etdiyi HIMARS sistemi ilə 18 raket atıb. Raketlər Donetskdə qərargaha çevrilmiş məktəb binasına düşüb.

Ukrayna tərəfi ölənlərin sayının 400-dən çox olduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi ölənlərin sayının 89 olduğunu açıqlayıb.

Turan