Kral ailəsi təlaş içindədir

Şahzadə Harrinin xatirələrindən ibarət açıqlamaları və etirafları Bukingem Sarayını həyəcanlandırıb.

Axşam.az xəbər verir ki, Britaniya mediası kitabın rəsmi nəşri ərəfəsində sarayın sözün əsl mənasında "hərbi vəziyyət"də olduğunu bildirib. Qeyd edilib ki, açıqlamanın nəticələrinin qarşısının alınması üçün sözün əsl mənasında "müharibə otağı" qurulub.

Son vaxtlar yüksək rütbəli işçilər həftənin yeddi günü işləyirlər - hətta Milad bayramı zamanı monarxlarla vəziyyəti müzakirə etməli olublar. İnsayderlər deyirlər ki, təkcə Harrinin kitabına deyil, həm də onun müxtəlif şoulardan ibarət kütləvi press-turuna ictimai reaksiya ilə mübarizə aparmaq üçün plan hazırlanıb.

İndi kral ailəsinin üzvləri və işçiləri rüsvay olmuş şahzadənin onlara başqa hansı hekayələr gətirə biləcəyini ehtimal etməyə çalışırlar. Kral ailəsinə yaxın olanlar deyirlər ki, Şahzadə Uilyam kənarda dayanaraq, hadisələri izləyir.

"Uels Şahzadəsi deyir ki, ailənin hücuma keçmək və açıqlama vermə vaxtıdır, lakin atası bununla razı deyil" deyə, insayderlərdən biri deyib.