İran səfiri Almaniya XİN-ə çağırılacaq

İranın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.
“Mən İran səfirini bir daha Xarici İşlər Nazirliyinə çağırdım. İran hakimiyyətinin siyasəti nəticəsiz qalmayacaq", - Burbok bildirib.
Qeyd edək ki, yanvarın 7-də İran iğtişaşlar zamanı Bəsic İslam milislərinin bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı edam hökmünü icra edib.
Avropa İttifaqı artıq İran rəhbərliyinin hərəkətlərini pisləyib.