Almaniya Ukraynaya yeni silah partiyasını verib

Almaniya Ukraynaya yeni silah partiyasını verib,

“Report”un xəbərinə görə, bu barədə “RBC-Ukraina” Almaniya Federal Hökumətinin saytına istinadən məlumat yayıb.

Yeni partiyaya 4 minatəmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil (əvvəllər 85-i köçürülüb-red), 120 mobil istilik sistemi (əvvəllər 48-i köçürülüb) daxildir.

Yaxın vaxtlarda Ukraynaya daha 40 “Marder” piyada döyüş maşını, raketlərlə birlikdə “Patriot” və 100 min ilkin tibbi yardım dəsti verilməsi planlaşdırılır.