İraq İran və Türkiyə ilə sərhədə 6 mindən çox hərbçi yerləşdirib


İraq bu yaxınlarda İran və Türkiyə ilə sərhədə Daxili İşlər Nazirliyi qüvvələrinin 6 mindən çox hərbçisini yerləşdirib.

Bu barədə şənbə günü İraq Daxili İşlər Nazirliyinin rəhbəri Əbdül Əmir əl-Şəmmari məlumat verib.

“Biz İraq Kürdüstanında İran və Türkiyə ilə sərhədə 6 mindən çox hərbçi yerləşdirmişik. İraqın sərhədləri "qırmızı xəttdir" və bizi onun təhlükəsizliyini təmin etmək üçün heç nə dayandırmayacaq”, - daxili işlər naziri bildirib.

Əl-Şəmmari əlavə edib ki, bu yaxınlarda Suriya ilə sərhəddə 650 km uzunluğunda divar quraşdırılıb və İraq sərhədlərinin bütövlüyünü təmin etmək üçün müasir avadanlıqlar alınıb. Bundan əlavə, o qeyd edib ki, Türkiyə tərəfi ilə razılaşdırılaraq, sərhəddə mühafizə postlarının tikintisi üçün 17 sahə müəyyən edilib.

Mənbə: TASS