London İranın nüvə sazişinə verdiyi dəstəyi dayandıra bilər


İranda Böyük Britaniya və İran vətəndaşlığı olan Əlirza Əkbərini edam etdikdən sonra Böyük Britaniya İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) dəstəyini geri götürə bilər.

APA-nın məlumatına görə, bu barədə “The Sunday Telegraph” məlumat yayıb.

Böyük Britaniya hökumətindəki yüksək vəzifəli mənbələrin bildirdiyinə görə, krallığın mövqeyinə yenidən baxılır. Çünki İranla danışıqların başlandığı 2005-ci illə müqayisədə vəziyyət xeyli dəyişib.