Hollandiyada qış mövsümü hər il  1 gün qısalır

 Hollandiyada qış mövsümü qlobal istiləşmə səbəbindən hər il orta hesabla bir gün qısalır. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Hollandiya Meteorologiya İnstitutunun paylaşdığı məlumatında ölkədə qış mövsümünün 30 illik müddətdə 28 gün azaldığı qeyd edilib.

İnstitutun məlumatında 1960-1990 və 1990-2020-ci illər arasında ölkədə havanın temperaturu dəyişməsi və qış mövsümündə soyuq günlərin sayının azalması ilə bağlı məlumatlar paylaşılıb.

1960-1990 və 1990-2020-ci illər arasında orta temperaturun illik olaraq 1,1 dərəcə artdığı ifadə edilib.

Açıqlamada ilin hər ayında orta temperatur artımının müşahidə edildiyi, soyuq qış günlərinin sayında azalma olduğu bildirilib.

Turan