Bu rayonların qaz təchizatında fasilə yaranacaq

Binəqədi rayonunun İbrahim Paşa Dadaşov küçəsində və Cəfər Xəndan küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması məqsədi ilə 12.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Sherg.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Azadlıq, S.S.Axundov, İ.P. Dadaşov, C.Xəndan küçələrinin, Union Park yaşayış kompleksinin, 3126 məhəllənin və 7-ci mikrorayonun bir hissəsinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.