Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı yaşanıb

Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçiləri və qonaqları partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidmətindən TASS-a bildirilib.

"İzmailovo” konsert zalında partlayış təhlükəsinin olması ilə bağlı anonim məlumat daxil olub. Təhlükəsizlik məqsədilə işçilər və ziyarətçilər təxliyə edilib", - agentliyin mənbəyi bildirib.

Mütəxəssislər binanı və konsert zalına bitişik ərazini partlayıcı əşyaların və ya maddələrin olub-olmadığını yoxlayırlar.

Qeyd edək ki, bu gün saat 18:00-da “İzmailovo” konsert zalında erməni rəqs məktəbinin konserti başlayıb.