ABŞ zəlzələdən sonra Türkiyə və Suriyaya yardım üçün əlavə yardım ayıracaq


ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Birləşmiş Ştatlar bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərlə bağlı əlavə 100 milyon dollar yardım ayırılacağını açıqlayıb", - deyə dövlət katibi qeyd edib.
E.Blinken əlavə edib ki, bunu nəzərə alaraq, ABŞ-ın zəlzələ ilə bağlı dəstək göstərmək üçün humanitar yardımı 185 milyon dollar təşkil edəcək.

O bildirib ki, vəsait xüsusilə Türkiyə və Suriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına yardıma yönəldiləcək.