Ukraynalı nazir Türkiyəyə səfərə gedir

Milli müdafiə naziri Hulusi Akar sabah Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə görüşəcək.
Bakupost.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Hulusi Akarın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.
Milli Müdafiə naziri Akar Kayseridə Kübrakovla görüşəcək.
Görüş zamanı ikitərəfli məsələlərin, xüsusilə Türkiyənin təşəbbüsləri ilə yaradılmış taxıl təşəbbüsünün müzakirə olunacağı gözlənilir.