ABŞ Türkiyə ilə bağlı F-16 qərarını təsdiqlədi

ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiq edib.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən məlumat verilib.
Bu şəbəkə təyyarələr, helikopterlər, dronlar, gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir.