ABŞ Ukraynaya 20 milyon dollar ayırdı

ABŞ hakimiyyəti ayırdığı büdcə vəsaitlərinin Ukrayna hökumətində istifadəsinin nəzarəti üçün 20 milyon dollar ayırmaq niyyətindədir.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.
“ABŞ hökuməti Ukraynaya verdiyi birbaşa büdcə dəstəyinə nəzarəti və şəffaflığı artırmaq üçün əlavə 20 milyon dollar ayırır”, - deyə məlumatda bildirilir.
Nəşrdə qeyd edildiyi kimi, ayrılan vəsait ABŞ-dan alınan yardımın idarə edilməsində Ukrayna hakimiyyətinin məsuliyyətini gücləndirəcək.
Bundan əvvəl məlum olub ki, USAID Ukraynaya yardımın inkişafı ilə bağlı mümkün korrupsiya ilə bağlı 178 siqnal alıb.