Fransızlar narahatdırlar: Dövlət binalarına basqın ola bilər?

Fransalıların böyük əksəriyyəti ölkədə davam edən iğtişaşların və pensiya islahatları ilə bağlı polislə toqquşmaların sistematik xarakter alacağından ehtiyat edir.

Bunu “Le Figaro” qəzetinin sifarişi əsasında sosioloqlar arasında aparılan sorğunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 88%-i iğtişaşların qalıcı olacağına inanır, 11%-i bunun baş verməyəcəyinə əmindir, daha 1%-i cavab verməkdə çətinlik çəkib.

Respondentlərin 58%-i etiraf edib ki, etirazçıların Fransada dövlət binalarına basqın etməsindən ehtiyat edirlər. Onlar 2021-ci il yanvarın 6-da prezident seçkisində uduzan Donald Trampın tərəfdarlarının ABŞ-də Kapitoli binasına hücumunu xatırladıblar və bu halın Fransada da təkrarlana biləcəyini istisna etməyiblər.
Eyni zamanda, fransızların 59%-i pensiya islahatına qarşı olmalarına baxmayaraq, nümayişlər zamanı törədilən zorakılıq halları və iğtişaşları dəstəkləmədiklərini bildiriblər. Onlar, həmçinin bu cür hallara bəraət qazandırmadıqlarını da qeyd ediblər.  

Mənbə: TASS