Ukrayna Belarusdakı səfirini geri çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi bir gün əvvəl Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən görüşdən sonra Belarusdakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Bu barədə "Report" Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

"Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Belarus Respublikasındakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi tərəflər aparılan danışıqları “açıq-aşkar qeyri-dost hərəkət” adlandırıb.

Bizim Telegram kanalımız