"Mersedes" Rusiya bazarını tamamilə tərk etdi

Almaniyanın “Mersedes-Benz” şirkəti Rusiya bazarını tamamilə tərk edib.
Bakupost.az xəbər verir ki, bu barədə Almaniyanın DPA nəşri məlumat yayıb.
Alman şirkəti Rusiyadakı bütün aktivlərini "Avtodom" şirkətinə satıb.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bir ay sonra "Mersedes" Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb..