Trampdan Baydenə sərt sözlər

ABŞ-ın sabiq prezidenti Donald Tramp Co Baydenin yenidən namizəd olması barədə sərt ifadələr işlədib.
Bakupost.az xəbər verir ki, bu haqda Tramp öz saytından video paylaşıb.
O, Baydenin bu qərarını “ağlasığmaz” olaraq qiymətləndirib:
“Amerikanın ən pis beş prezidentini də gətirsəniz, Baydenin bir neçə ildir ölkəmizə verdiyi zərəri verə bilməz. Baydenin bu cür uğursuz fəaliyyətlə yenidən namizəd olmağı düşünməsi belə ağlasığmazdır”.
O həmçinin, Baydenin iqtisadi siyasətini də tənqid edərək ökədəki inflyasiyanın yarım yüz il ərzində ən pis səviyyədə olduğunu və bankların iflas etdiyini bildirib.
Eyni zamanda, “solçular”ın ölkəni pis vəziyyətə gətirdiyini qeyd edib. Baydenin ABŞ-ı dünya səhnəsidnə kiçiltdiyini və ölkəni Üçüncü Dünya Müharibəsinin astanasına gətirdiyini deyib.
Tramp öz prezidentliyi dövründə mültəcilərə qarşı olan siyasətini isə tərifləyib.