"Üstümdə odlu silah gəzdirirəm" - Zelenski etiraf etdi

Ukrayna Prezidenti Vladimir Zelenski hər ehtimala qarşı üzərində odlu silah gəzdirir.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, Zelenski bunu telejurnalist Dmitri Komarova müsahibəsində bildirib.
"Ukrayna prezidenti ruslara əsir düşür. Bunu təsəvvür edirsiniz? Biabırçılıqdır!", - Zelenski deyib.
Zelenski kritik vəziyyətdə intihar etmək üçün silah lazım olacağı barədə təxminləri rədd edib və bildirib ki, silah ona atışmaq üçün lazımdır.