Krımda taxıl daşıyan vaqonlar relsdən çıxdı - FOTO

Rusiya tərəfindən ilhaq olunmuş Krımda dəmir yolunda qəza baş verib. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb.
Bu barədə Rusiya “Telegram” kanalları məlumat verib.
Məlumata görə, xəsarət alan olmayıb, ətraf mühit üçün heç bir təhlükə yoxdur.
Bildirilib ki, Simferopol-Sevastopol istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb. Sərnişinlərin daşınması üçün avtobuslar təşkil ediləcək. 
Vaqonların kənar şəxslərin müdaxiləsi nəticəsində relsdən çıxdığı qeyd edilib.