Seçkilər ilə əlaqədar indiyədək 228 beynəlxalq müşahidəçi qeydə alınıb

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyədək qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
Sherg.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 43 ölkə və 24 qurumdan 228 beynəlxalq müşahidəçi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib.