Ukrayna müharibədə ilk dəfə "F-16" qırıcılarından istifadə etməyə başlayıb

Ukrayna ilk dəfə "F-16" qırıcılarından istifadə etməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ukrayna müharibədə ilk dəfə "F-16" qırıcı təyyarələrini havaya qaldırıb.
Məlumatda qırıcılarla konkret olaraq hansı manevrlərin yerinə yetirildiyi qeyd edilməyib.
Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl "F-16" qırıcıları aldığını təsdiqləmişdi.