Ukrayna Meksikadan Putini həbs etməyi xahiş etdi

Ukraynanın Meksikadakı səfirliyi ölkə hakimiyyətindən Rusiya lideri Vladimir Putinin oktyabrın 1-də Klaudiya Şeynbaumun andiçmə mərasiminə gələcəyi təqdirdə onu həbs etməyi xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində bildirilib.

Qeyd edək ki, Meksikada yenidən prezident seçilən Şeynbaum Rusiya Prezidenti Putini inauqurasiya mərasiminə dəvət edib. Meksika 2023-cü ildə Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır.