İran elan etdi: İsraili cəzalandıracaq, Qəzzada isə...

İran yaxın gələcək üçün prioritetlərini açıqlayıb.

Axar.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi bəyanat yayıb.

“Biz eyni zamanda iki prioritet məqsəd güdürük: birincisi, Qəzzada davamlı atəşkəsin yaradılması və işğalçıların bu ərazidən çıxarılması; ikincisi, Haniyənin qətlinə görə təcavüzkarı cəzalandırmaq. Biz İsrail rejiminin terror təcavüzünün təkrarlanmasının qarşısını almaq və sionistləri belə bir yola getdiklərinə görə peşman etmək niyyətindədyik”, - bəyanatda bildirilib.