Namizədliyi qeydə alınanların 305-i 25 siyasi partiyanın nümayəndəsidir -MSK

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə siyasi partiyaların qeydə alınan namizədlərinin sayı açıqlanıb.
Sherg.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, 25 siyasi partiyadan 459 nəfərin namizədliyi verilib, onlardan 305-i qeydə alınıb.

İndiyədək ümumilikdə 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.