Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə təbliğat və təşviqat başlamazdan əvvəl, tanınmış jurnalist Fuad Abbasov namizədlərə xəbərdarlıq edib.
"Sherg.az" xəbər verir ki, bu barədə tanınmış jurnalist öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, 2020-ci il fevral ayında keçirilən nöbədənkənar parlament seçkilərində 33 saylı Xətai birinci seçki dərisində baş verən saxtakarlıqlar nəticəsində dairə seçki komissiyasının nəticələrinin ləğv edildiyini xatırladaraq namizədlərdən eyni səhvin təkrarlanmamasını tələb edib.
Azərbaycan Respublikasının Mərkəzi seçki komissiyasının fəaliyyətini ən yüksək demokratik prinsiplərə uyğun olaraq aparıldığını qeyd edən jurnalist Fuad Abbasov, namizəd olduğu dairədə alınan qərarın bütün ölkə miqyasında nümunə ola biləcəyini vurğulayıb.
Eyni zamanda namizəd həmkarlarına səslənərək “heç kim özündən hoqqabazlıq çıxartmasın, inzibati resurslardan istifadə edərək, müəllimləri, baxça tərbiyəçilərini, poliklinika həkimlərini istifadə edərək saxtakarlıq etməsin”,-deyə bildirib.